Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqlanıb Sumqayıt. 29 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb.
Hadisə
29 Avqust , 2018 20:50
Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Sumqayıt. 29 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon, ev 35b, mənzil 9 ünvanında qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Bəxtiyar Elnur oğlu Allahverdiyev yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi