Sumqayıtda 17 yaşlı qızı maşın vurub

Sumqayıtda 17 yaşlı qızı maşın vurub Hadisə Sülh küçəsində baş verib
Hadisə
395
7 Aprel , 2018 22:00
Sumqayıtda 17 yaşlı qızı maşın vurub

Sumqayıt. 7 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi