Sumqayıtda 14 yaşlı qız itkin düşüb - FOTO

Sumqayıtda 14 yaşlı qız itkin düşüb - FOTO Sumqayıt. 10 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.
Hadisə
10 Sentyabr , 2018 20:47

Sumqayıt. 10 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: Boyu, təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub. Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.

Son xəbərlər

Orphus sistemi