Sumqayıtda 11 yaşlı yeniyetmə dənizdə batıb

Sumqayıtda 11 yaşlı yeniyetmə dənizdə batıb Sumqayıt. 1 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində yeniyetmə batıb.
Hadisə
1 Sentyabr , 2018 18:46
Sumqayıtda 11 yaşlı yeniyetmə dənizdə batıb

Sumqayıt. 1 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində yeniyetmə batıb.

"Report"un yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü yerli sakin Elnur Aslanoğlu dostları ilə çimərkən boğulub.

Onun "çimmək qadağandır!" bildirişinə məhəl qoymayaraq uzağa üzdüyünü və batdığı bildirilir. Bir neçə saat axtarışdan sonra 11 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi