Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarına daş ataraq şüşələrini sındırıb

Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarına daş ataraq şüşələrini sındırıb Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarını daş atıb.
Hadisə
8 Noyabr , 2021 12:35
Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarına daş ataraq şüşələrini sındırıb

Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarını daş atıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi