Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
14 Yanvar , 2018 17:20
Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıt. 14 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi