Sumqayıtda 1-ci sinif şagirdinin üzərinə qaynar su tökülüb

Sumqayıtda 1-ci sinif şagirdinin üzərinə qaynar su tökülüb Sumqayıt. 16 aprel. REPORT.AZ/ Sumqayıtda üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb.
Hadisə
16 Aprel , 2018 10:15
Sumqayıtda 1-ci sinif şagirdinin üzərinə qaynar su tökülüb

Sumqayıt. 16 aprel. REPORT.AZ/ Sumqayıtda üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi "Gecə qondu" məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Rüstəmov Əli Fikrət oğlu ehtiyatsızlıq nəticəsində qaynar sudan ağır yanıq xəsarətləri alıb.

Azyaşlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi