Sumqayıt və Masallıda minik avtomobilləri yanıb

Sumqayıt və Masallıda minik avtomobilləri yanıb Hər iki halda hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
15 Fevral , 2015 01:48
Sumqayıt və Masallıda minik avtomobilləri yanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Sumqayıt və Masallıda iki minik avtomobili yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Masallı rayonunda qeydə alınıb.

Nəticədə vətəndaşa məxsus "Chevrolet" markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər hadisə Sumqayıt şəhərində baş verib. Vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq yanmağa başlayıb. Nəticədə avtomobilin mühərriki və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:50 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi