Sumqayıt və Lənkəran sakinlərindən silah-sursat götürüb

Sumqayıt və Lənkəran sakinlərindən silah-sursat götürüb Bakı. 8 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakinindən silah-sursat götürüb.
Hadisə
8 Sentyabr , 2018 12:18
Sumqayıt və Lənkəran sakinlərindən silah-sursat götürüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakinindən silah-sursat götürüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-BM” markalı nömrəsi silinmiş tüfəng və 1 ədəd patron götürülüb.

Anoloji hadisə Lənkəran rayonunda da qeydə alınıb. Əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cil kənd sakini Tarıverdi Məmmədovdan 1 ədəd “TOZ-66” markalı tüfəng, 1 ədəd patron, 5 ədəd boş giliz və 1 ədəd patron yığmaq üçün kəmər götürülüb.

Son xəbərlər

Orphus sistemi