Sumqayıt və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb

Sumqayıt və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb Bakı. 20 sentyabr. REPORT.AZ/ Sumqayıt və Abşeronda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
20 Sentyabr , 2018 12:31
Sumqayıt və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sumqayıt və Abşeronda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Sumqayıt şəhər Polis idarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.

Digər bir avtomobil qaçırılması faktı isə Abşeron rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi