​Sumqayıtda sexdə partlayış baş verib, yaralananlar var

​Sumqayıtda sexdə partlayış baş verib, yaralananlar var Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb
Hadisə
16 Yanvar , 2015 22:08
​Sumqayıtda sexdə partlayış baş verib, yaralananlar var

Bakı. 16 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları dağılıb.

Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb. Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi