​Sumqayıt sakinlərini işə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

​Sumqayıt sakinlərini işə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib Məhkəmənin baxış iclası mayın 25-nə təyin edilib
Hadisə
24 May , 2016 14:40
​Sumqayıt sakinlərini işə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Bakı. 24 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bayram Aslanov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 25-nə təyin edilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 4-cü Bolis Bölməsinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 31 yaşlı B.Aslanov iki aylıq axtarışdan sonra tutulub.

Araşdırmalar zamanı məlum olub ki, B.Aslanov Sumqayıt şəhər sakinləri olan Emin Məmmədzadənin və Bəşir Məmmədovun etibarından sui istifadə edərək, iş düzəltmək adı ilə hər birinin 10 min ABŞ dollarını alaraq aradan çıxıb. Sumqayıt polisi B.Aslanovu yaşadığı Bakı şəhəri Sabunçu rayonunda saxlamağa müvəffəq olub.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə B.Aslanov 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi