Sumqayıt sakininin evindən 5 min manatlıq məişət avadanlığı oğurlanıb

Sumqayıt sakininin evindən 5 min manatlıq məişət avadanlığı oğurlanıb Ev sahibi hüquq-mühafizə orqanlarına müraciət edib
Hadisə
22 Noyabr , 2016 17:50
Sumqayıt sakininin evindən 5 min manatlıq məişət avadanlığı oğurlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakininin evindən 5000 manat dəyərində məişət avadanlığı oğurlanıb.

"Report"un xəbərinə görə, oğurluq hadisəsi Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı Aqil Adıgözəlov Sumqayıt Şəhər Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, ona məxsus ikimərtəbəli yarımtikilidən oğurluq edilib. Gecə saatlarında oğurluq edən naməlum şəxslər hasarın üzərinə çıxaraq evə daxil olublar. Nəticədə evdən kombi aksesuarları, elektrik naqilləri, istilik tolları oğurlanıb. Ev sahibinin dediyinə görə, oğurlanan əşyaların ümumi dəyəri 5000 manat olub.

Faktla bağlı Sumqayıt RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi