Sumqayıt sakinini bıçaqlayan şəxsin məhkəməsinin hazırlıq iclası başlayıb

Sumqayıt sakinini bıçaqlayan şəxsin məhkəməsinin hazırlıq iclası başlayıb Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib
Hadisə
9 Mart , 2016 11:44
Sumqayıt sakinini bıçaqlayan şəxsin məhkəməsinin hazırlıq iclası başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mürsəl Quliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin noyabrın 9-da Sumqayıtda baş verib. M.Quliyev Şahin Əliyevi münaqişə zəminində bıçaqlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Quliyev tutulub.

Son xəbərlər

Orphus sistemi