Sumqayıt sakinini avtomobil vuraraq öldürüb

Sumqayıt sakinini avtomobil vuraraq öldürüb Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır
Hadisə
16 Mart , 2017 12:34
Sumqayıt sakinini avtomobil vuraraq öldürüb

Bakı. 16 mart. REPORT.AZ/ Sumqayıt sakinini avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Elvin Əliyev idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən qəsəbə sakini Esmira Musayevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi