Bakı. 23 dekabr. REPORT.AZ/ Sumqayıt sakininə qarşı 50 000 manatlıq dələdzuluq edilib.
"Report"un xəbərinə görə, bu barədə Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Məmmədli Natiq Bəyəndik oğlu Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.
N.Məmmədli qeyd edib ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Sevinc İbrahimova 2013-cü ildə onun 50 000 manat pulunu alıb, lakin indiyədək geri qaytarmayıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.