Sumqayıt sakininə qarşı 22 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb

Sumqayıt sakininə qarşı 22 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
10 Mart , 2017 18:01
Sumqayıt sakininə qarşı 22 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 10 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira İbrahimovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, E.İbrahimova barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən E.İbrahimova 2014-cü ilin oktyabr-dekabr aylarında Sumqayıt sakini Arzu Paşayevanın etibarından sui-istifadə edərək aldatma yolu ilə ümumilikdə dəyəri 21 637 manat qızıl-zinyət əşyalarını alıb. O, həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə ehtiyacına xərcləyib.

E.İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi