Sumqayıt sakininə avtomobil satmaq adı altında 17 min dollarlıq dələduzluq edilib

Sumqayıt sakininə avtomobil satmaq adı altında 17 min dollarlıq dələduzluq edilib Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır
Hadisə
26 Dekabr , 2016 17:40
Sumqayıt sakininə avtomobil satmaq adı altında 17 min dollarlıq dələduzluq edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Sumqayıt şəhər sakininə avtomobil satmaq adı altında dələduzluq edilib.

"Report"un xəbərinə görə, bu barədə 1981-ci il təvəllüdlü Nicat Sabirzadə Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.

Belə ki, N.Sabirzadə Sumqayıt şəhər sakini Ramin adlı şəxsə onun avtomobilini satın almaq üçün 17 336 ABŞ dolları verib. Ramin adlı şəxs isə pulu götürsə də, avtomobili verməyib. 

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi