Sumqayıt sakinindən silah-sursat aşkarlandı

Sumqayıt sakinindən silah-sursat aşkarlandı Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.
Hadisə
14 Yanvar , 2021 11:55
Sumqayıt sakinindən silah-sursat aşkarlandı

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi