Sumqayıt sakinində silah-sursat aşkarlandı

Sumqayıt sakinində silah-sursat aşkarlandı Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.
Hadisə
636
9 Yanvar , 2021 13:00
Sumqayıt sakinində silah-sursat aşkarlandı

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi