Bakı. 15 fevral. REPORT.AZ/ Sumqayıt şəhər sakini Xəzərdə batıb.
"Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb.