Sumqayıt sakini qayınatasını çəkiclə döyüb, arvadını ölümlə təhdid edib

Sumqayıt sakini qayınatasını çəkiclə döyüb, arvadını ölümlə təhdid edib Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.
Hadisə
8 İyun , 2021 10:15
Sumqayıt sakini qayınatasını çəkiclə döyüb, arvadını ölümlə təhdid edib

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisindəqeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Namiq Ələkbər oğlu Ələkbərov həyat yoldaşı Türkan Eldar qızı Ələkbərovanı mütəmadi olaraq işgəncələrə məruz qoyaraq döyüb. Eyni zamanda T.Ələkbərova davamlı ölümlə təhdid edildiyi üçün evdən qaçıb. Daha sonra N.Ələkbərov isə həyat yoldaşının atasının evində olduğunu zənn edib. O, qaynatası, 1960-cı il təvəllüdlü Eldar Yusif oğlu Bağırovun yaşadığı ünvana gələrək, elektrik enerjisini sayğacdan ayırıb və dostu ilə birlikdə kişinin mənzildən çıxmasını gözləyib.

E.Bağırov işıqların söndüyünü görüb mənzildən çıxaraq binanın birinci mərtəbəsində yerləşən sayğacda elektrik xətlərini bağlayıb. O, yaşadığı mənzilə qayıdarkən kürəkəni və onun dostu ilə rastlaşıb. Bu zaman N.Ələkbərov qəfildən E.Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. E.Bağırov aldığı zərbələrdən müavizinətini itirərək yerə yıxılıb.

Daha sonra N.Ələkbərov onların yaşadığı mənzilə daxil olub qaynanası Arifə Bağırovaya xəsarət yetirərək otaqları axtarıb. Həyat yoldaşının orada olmadığını görən Namiq hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan E.Bağırov xəstəxanaya yerləşdirilib.

N.Ələkbərov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib. Amma buna baxmayaraq, o, öz anasının iki azyaşlı nəvələri ilə yaşadığı evlərini yandıracağını deyib, həyat yoldaşını (Türkan Ələkbərovanı) isə ölümlə təhdid edib.

N.Ələkbərovun polis nəzarəti altına verilməklə evə buraxıldığı və narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Bağırov uzun illərdi təhsil sahəsində çalışır. Hazırda Sumqayıt şəhəri 18 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.

Son xəbərlər

Orphus sistemi