Yuxarı

Sumqayıt sakini öz avtomobilində ölü vəziyyətdə tapılıb - YENİLƏNİB

​Sumqayıt sakini öz avtomobilində ölü vəziyyətdə tapılıb

Sumqayıt şəhərində avtomobilində öldürüldüyü ehtimal olunan şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1956-cı il təvəllüdlü Nuriyev Aqil İsa oğlu şəxsi avtomobilində ölü halda tapılıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


***20:23

Sumqayıt sakini öz avtomobilində ölmüş vəziyyətdə tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış zamanı avtomobilində ölən sürcünün üzərində zorakılıq əlamətləri aşkar edilib. Onun naməlum şəxs və ya şəxslər tərəfində öldürüldüyü ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi