Sumqayıt sakini intihar etmək məqsədi ilə 9 ədəd mismar udub

Sumqayıt sakini intihar etmək məqsədi ilə 9 ədəd mismar udub Faktla bağlı araşdırma aparılır
Hadisə
2 May , 2015 13:16
Sumqayıt sakini intihar etmək məqsədi ilə 9 ədəd mismar udub

Bakı. 2 may. REPORT.AZ/ Sumqayıt şəhər sakini intihar etmək məqsədilə 9 ədəd mismar udub.

"Report"un məlumatına görə, 31 yaşlı Həsənov Murad Fazil oğlu hadisədən sonra ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat olunan M.Həsənovun mədəsindəki mismarlar çıxarılıb.

Qeyd edək ki, M.Həsənov psixoloji problemləri olan şəxs kimi qeydiyyatdadır. O, dəfələrlə intihar etmək məqsədi ilə həyatına qəsd edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi