Sumqayıt sakini cibinə bıçaq qoyub avtomobil qaçırdı

Sumqayıt sakini cibinə bıçaq qoyub avtomobil qaçırdı Sumqayıtda avtomobil qaçırılıb.
Hadisə
3 Fevral , 2020 12:05
Sumqayıt sakini cibinə bıçaq qoyub avtomobil qaçırdı

Sumqayıtda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Abbasov fevralın 1-də saat 2 radələrində 11-ci mikrorayon ərazisindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi