Sumqayıt sakini bıçaqlanıb

Sumqayıt sakini bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 May , 2016 12:43
Sumqayıt sakini bıçaqlanıb

Bakı. 21 may. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da şəhər sakini Amid Quliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş həmyerlisi Cəmil İbrahimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi