Yuxarı

Sumqayıt sakini bıçaqlanaraq öldürülüb - FOTO

Sumqayıt sakini bıçaqlanaraq öldürülüb - FOTO

Sumqayıt. 6 yanvar. REPORT.AZ/ Sumqayıt şəhər sakini bıçaqlanaraq öldürülüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 29-cu məhəlləsində, 13 saylı yataqxanada baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Elxan Gülağa oğlu Həbibov bıçaqlanıb. O, ağır bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra mərhumun yeznəsi şübhəli şəxs qismində saxlanılsa da, sonradan sərbəst buraxılıb. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi