"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Etbar oğlunun cəsədi, xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.