Sumqayıt qəbiristanlığında meyiti tapılan kişinin kimliyi müəyyən edilib - YENİLƏNİB

Sumqayıt qəbiristanlığında meyiti tapılan kişinin kimliyi müəyyən edilib - YENİLƏNİB Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
25 Avqust , 2018 12:14
Sumqayıt qəbiristanlığında meyiti tapılan kişinin kimliyi müəyyən edilib - YENİLƏNİB

Sumqayıt. 25 avqust. REPORT.AZ/ Sumqayıtda meyti tapılan kişinin kimliyi məlum olub.

"Report"un yerli bürosu məlumat verir ki, bir neçə gün bundan öncə Sumqayıt qəbiristanlığında ölən və meyiti cürümüş halda tapılan şəxsin 1973-cü il təvəllüdlü Fətullayev Qabil Kamil oğlu olduğu müəyyən edilib.

Onun ölüm səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 24 avqust, saat 22:59

Sumqayıt. 24 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində kişi meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, adı hələki istintaqa bəlli olmayan təqribən 40-45 yaşlı kişinin meyiti Sumqayıt şəhər qəbiristanlığında aşkar edilib.

Araşdırma zamanı şəxsin bir neçə gün bundan qabaq öldüyü, hətta bədənində çürümə getdiyi də məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi