Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub Faktla bağlı araşdırma aparılır
Hadisə
112
15 May , 2018 20:01
Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Bakı. 15 may. REPORT.AZ/ Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi