Bu barədə “Report” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verib.
Belə ki, Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində yerləşən ticarət mərkəzində şəhər sakini Samirə Rüstəmova Qəhrəman Ağayevə məxsus mağazadan qızıl əşyası oğurlayıb.
S.Rüstəmova Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib.