Sumqayıtda intihar cəhdinin qarşısı alınıb
Hadisə
31 Oktyabr , 2014
13:56


Bakı. 31 oktyabr. REPORT.AZ/ Sumqayıt sakini 9 mərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istnadən xəbər veriri ki, bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılan psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
