Yuxarı

Sumqayıtda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

O, əvvəllər də eyni cinayətlər etdiyinə görə bir dəfə məhkum olunub

Bakı. 1 Oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Mürsəlova, Valeh Nuriyevə və Elsevər Babayevə məxsus avtomobillərdən maqnitofon, səsgücləndirici və pul oğurlamış şəhər sakini Zakir Nurəliyev tutulub.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də eyni cinayətlər etdiyinə görə bir dəfə məhkum olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi