Sudan İstifadə Edənlər Assosiasiyasının həbsdə olan sabiq direktorunun daha bir məhkəməsi başlayır

Sudan İstifadə Edənlər Assosiasiyasının həbsdə olan sabiq direktorunun daha bir məhkəməsi başlayır Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib
Hadisə
13 Noyabr , 2018 14:52
Sudan İstifadə Edənlər Assosiasiyasının həbsdə olan sabiq direktorunun daha bir məhkəməsi başlayır
Report

Bakı. 13 noyabr. REPORT.AZ/ “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun daha bir məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, o, bu dəfə dələduzluqda Məhəmməd Qafarov və Vaqif Əliyevlə birgə ittiham edilir.

Artıq həmin şəxslərin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.

Son xəbərlər

Orphus sistemi