​Şəmkirdə iki uşaq anası cərəyan vurması nəticəsində ölüb

​Şəmkirdə iki uşaq anası cərəyan vurması nəticəsində ölüb Hadisə uşaqları çimizdirərkən baş verib
Hadisə
25 Oktyabr , 2015 13:54
​Şəmkirdə iki uşaq anası cərəyan vurması nəticəsində ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, 27 yaşlı kənd sakini Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi