Su Polisi Xəzərdə köməksiz qalmış balıqçıları xilas edib - YENİLƏNİB

Su Polisi Xəzərdə köməksiz qalmış balıqçıları xilas edib - YENİLƏNİB Bakı. 24 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri xilas ediblər.
Hadisə
24 Noyabr , 2018 12:16
Su Polisi Xəzərdə köməksiz qalmış balıqçıları xilas edib - YENİLƏNİB

Bakı. 24 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri xilas ediblər. 

İdarədən "Report"a verilən məlumata görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadov bilavasitə Su Nəqliyyatında Polis İdarəsinin rəisinin nəzarəti və səyi nəticəsində xilas edilib. Hər iki şəxs və onlarin ailə üzvləri həyatlarının xilasına görə, eləcə də ailələrini gözüyaşlı qoymadığına gorə Azərbaycan polisinə, şəxsən İdarə rəisinə təşəkkürlərini bildiriblər.


*** 20:44

Bakı. 23 noyabr. REPORT.AZ/ Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib. 

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub. Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.

Son xəbərlər

Orphus sistemi