Su kanalında meyit tapılıb

Su kanalında meyit tapılıb Hələlik şəxsin kimliyi dəqiqləşməyib
Hadisə
22 İyul , 2015 11:36
Su kanalında meyit tapılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Tərtər rayonunun Evoğlu kəndində kişi meyiti tapılıb. "Report" xəbər verir ki, 17-18 yaşlarında olan naməlum gəncin meyiti həmin kənddəki su kanalında aşkarlanıb. Hələlik gənc yaşlarında olan şəxsin kimliyi müəyyənləşdirilməyib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Naməlum şəxsin meyiti rayon mərkəzi xəstəxanasında morqa gətirilib və tibbi ekspertizaya verilib.

Son xəbərlər

Orphus sistemi