Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları işlədikləri yerdən oğurluq edib

Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları işlədikləri yerdən oğurluq edib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
7 Yanvar , 2017 13:39
Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları işlədikləri yerdən oğurluq edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Strateji Araşdırmalar Mərkəzindən oğurluq olub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi