Strasburq universitetində təhsil almış azərbaycanlıya hökm oxunub

Strasburq universitetində təhsil almış azərbaycanlıya hökm oxunub Zakir Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 Avqust , 2017 17:13
Strasburq universitetində təhsil almış azərbaycanlıya hökm oxunub

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Məlum olub ki, F.Hüseynov həmin ünvanda tanışı Z.Məmmədovla mübahisə edib. Mübahisə zamanı Z.Məmmədov F.Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Məmmədov tutulub.

İstintaq araşdırması zamanı Z.Məmmədovun vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən olunub. Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Z.Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb.

Son xəbərlər

Orphus sistemi