Yuxarı
    Bağlamaq

    Strasburq universitetində təhsil almış azərbaycanlının qətl işi üzrə məhkəməsi davam etdirilib

    Proses iyunun 20-nə təyin olunub

    Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi Fazil Hüseynovun anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmədə məlum olub ki, bir uşaq atası olan Z.Məmmədov ali təhsillidir. Təqsirləndirilən şəxs Fransada təhsil aldığını söyləyib.

    Daha sonra məhkəmənin baxışa verilməsi nüzakirə olunub.

    Proses iyunun 20-nə təyin edilib.

    Qeyd edək ki, bu ilin fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

    Məlum olub ki, F.Hüseynov həmin ünvanda tanışı Z.Məmmədovla mübahisə edib. Mübahisə zamanı Z.Məmmədov F.Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Məmmədov tutulub.

    İstintaq araşdırması zamanı Z.Məmmədovun vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən olunub. Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.

    O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

    Z.Məmmədov Strasburq şəhərindəki universitetlərdən birində təhsil alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi