Stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hadisə
18 İyul , 2022 11:12
Stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsimin hakimi İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü P. Həsənov, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü Orxan Seyidovu çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. P.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi