Söyüşə görə müştərisini bıçaqlayan keçmiş məhkumun cəzası azaldılıb

Söyüşə görə müştərisini bıçaqlayan keçmiş məhkumun cəzası azaldılıb Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fəxrəddin Bəylərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Mart , 2019 15:23
Söyüşə görə müştərisini bıçaqlayan keçmiş məhkumun cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fəxrəddin Bəylərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Bəylərovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 8 ay 26 günə endirilib.

İttiham aktına əsasən, haidsə ötən il mayın 21-də Abşeron rayonunun Xırdalan şəhərində baş verib. F.Bəylərov həmin ərazidə icarə əsasında işlətdiyi “Naxçıvan mətbəxi” adlı kafenin qarşısında müştəri olmuş Əhməd Zeynalovdan yedikləri yeməyin və içdikləri içkilərin - 18 manat pulunun ödənilməsini istəyib.

Yaranmış mübahisə zamanı Ə.Zeynalovun yanında olan əmisi oğlu Maarif Zeynalov F.Bəylərovu söyüb-təhqir edib. Daha sonra təqsirləndirilən şəxs F.Bəylərov qəzəblənib və üstündə gəzdirdiyi bıçaqla M.Zeynalovun qarın nahiyyəsindən bir dəfə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Bəylərov (əvvəlki cəzası da) 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, F.Bəylərov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi