Söyün Sadıqov həbs olunub

Söyün Sadıqov həbs olunub O, “reket” fəaliyyəti ittihamı ilə saxlanılıb
Hadisə
12 Fevral , 2019 15:07
Söyün Sadıqov həbs olunub

Moskva. 12 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S.Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb. 

İqbal Rüstəmov

İngilis versiyası Soyun Sadigov arrested

Son xəbərlər

Orphus sistemi