Yuxarı

Cinsi azlıq nümayəndələrinin məhkəmə prosesi davam edir

Cinsi azlıq nümayəndələrinin məhkəmə prosesi davam edir
O, adının Nurlan olduğunu, dostlarının isə onu “Pərvanə” deyə çağırdığını qeyd edib

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda soyğunçuluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1990-cı il təvəllüdlü Nurlan Hacımayılzadə, 1996-cı il təvəllüdlü Adəm Lətifov, 1997-ci il təvəllüdlü Saleh Sadıxov və Taleh Mirzəyevin ibtidai istintaqa verdiyi ifadələri məlum olub.

"Report"un məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qismində dindirilən A.Lətifov ifadəsində, adətən, Sahil qəsəbəsi yaxınlığında, yolun kənarında dayanıb müştəri gözlədiklərini söyləyib: ”Magistral yolun kənarında dayanırdıq, arabir yük avtomobillərinin sürücüləri maşını saxlayıb bizimlə yaxınlıq edirdilər. Hər müştəridən on-on beş manat pul qazanırdıq. Bir həftəyə yaxın idi ki, pulumuz qurtarmışdı. Bizimlə yaxınlıq etmək istəyən də yox idi. Ona görə də belə qərara gəldik ki, tək olan sürücülərə yaxınlaşıb onların pullarını oğyrlayıb qaçaq. İlk dəfə idi ki, belə bir iş görmək fikrinı düşmüşdüm. Biz Bakı-Qazax yolunun kənarına gəldik. Nurlanla Taleh yola yaxın məsafədə, Saleh Sadıqov isə bizdən bir qədər kənarda dayandı. Təxminən on-on beş dəqiqə sonra bizim yaxınlığımızda yük maşını saxladı. Sürücü maşından düşüb ayaqyoluna keçdi. Ona iradımı bildirdim. Sürücü də məni söydü. Mən də təpiklə qarnından vurdum. Bu zaman Taleh sürücünün cibindəki pulları çıxarıb öz cibinə qoydu. Sürücü pulları tələb etdikdə Salehgil ona daş atdı. Oradan taksiyə minib Xocahəsən yoluna gəlib müştəri gözlədik. Sonra pulları aramızda bölüşdürdük”.

Təqsirləndirilən N.Hacımayılzadə də oxşar məzmunlu ifadə verib. O, adının Nurlan olduğunu, dostlarının isə onu “Pərvanə” deyə çağırdığını qeyd edib. N.Hacımayılzadə hadisə baş verən gün bunları danışıb: "Adəm sürücüyə maşını niyə yolun kənarında saxladığını deyərək, ona iradını bildirdi. Sonra Adəm sürücünün təpiklə qarnından vurdu. Taleh isə onun cibindən pulunu götürdü. Sürücü bizə tərəf gəlib pulunu geri istəyəndə yerdən daş parçaları götürüb ona tərəf atdıq. Daş parçalarının bir neçəsi maşına dəydi. Sürücü bundan sonra bizdən aralanıb maşına tərəf getdi. Hadisədən bir müddət əvvəl “Papanin” adlanan ərazidə tanımadığım şəxsdən 40 manata 2 kibrit qutusu marixuana almışdım. Ertəsi gün polis əməkdaşları məni saxlayaraq polis bölməsinə apardılar".

Zərərçəkmiş şəxs qismində dindirilən Tariel Məmmədov ifadəsində söyləyib ki, hadisə günü “Şaqman” markalı yük avtomaşını ilə daş karxanalarından mişar daşı yükləyib Gədəbəy rayonuna aparırmış: "Axşam saatlarında ayaqyoluna getmək üçün avtomobili yolun kənarında saxladım. Elə bu vaxt qız simasında bir nəfər yaxınlaşıb, məni təhqir etdi. O, "yolun kənarına ayaqyoluna getmək olmaz" dedi. Mən də onu söydüm. Danışığından qarşımdakı şəxsin qadın olmadığını hiss etdim. Amma onu qadından ayırmaq mümkün deyildi. Bu vaxt o, qəflətən mənə qarın nahiyımdən təpik vurdu. Mən maşına söykənəndə sifətimə yumruq zərbəsi də endirdi. Həmin vaxt özümü itirdim. Onun yanında dayanan digər şəxs cibimdən pullarımı çıxartdı və qaçdı. Onların arxasınca gedəndə yolun kənarda dayanmış daha iki nəfər mənə sarı daş atmağa başladılar. Daş mənə dəyməsə də, maşına dəydi. Onlara yaxınlaşmağın mümkün olmadığını görüb 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim. Hadisə yerinə polis əməkdaşları gəldilər”.

Qeyd edək ki, N.Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarını keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.

Dəstə üzvləri A.Lətifov, S.Sadıqov və T.Mirzəyev Bakı-Qazax magistral yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrliyində olarkən Tariel Məmmədovun idarə etdiyi “Şaqman” markalı yük avtomobilini saxladıqdan sonra yerə düşməsini görüb əvvəlcədən razılaşdıqları kimi onun üstünə hücum çəkərək, qarın nahiyəsinə sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.

Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi