​Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

​Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
19 Aprel , 2016 16:54
​Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov və Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Tacir Şahin oğlu Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Kərimov 4 il, Ş.Muradov 8 il 6 ay və T.Rəhimov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan T.Rəhimov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, 2015-ci il sentyabr ayının 14-də saat 01:00 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Kərimov, Ş.Muradov, T.Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi