​Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
8 Fevral , 2016 15:36
​Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Kamil Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Novruzov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamil Novruzov 2015-ci il avqust ayının 12-də Elvin Hacalıyevin 70 manat pulunu, mobil telefonunu və sənədlərini soyğunçuluq yolu ilə əldə edib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini K.Novruzov tutulub.

O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi