​Soyğunçuluq və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

​Soyğunçuluq və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib
Hadisə
12 Oktyabr , 2015 16:56
​Soyğunçuluq və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, R.Məmmədov soyğunçuluq etdiyi üçün tutulub. Hadisə zamanı onun üzərindən narkotik vasitələr götürülüb.

O, Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi