Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
"Report" xəbər verir ki,
Tədbirdə ümummilli lider
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant
Bu gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu vurğulayan Xidmət rəisi onların cəmiyyət həyatında fəal iştirak etdiklərini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini deyib. Xüsusi qeyd olunub ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident
MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq Veteranlar Təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşev bildirib ki, başa çatmasından 30 il keçməsinə baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.
Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik
Əfqanıstan müharibəsi veteranları adından çıxış edən Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov xatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev Əfqanıstan müharibəsinin başa çatmasının 30-cu ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. Müharibə iştirakçılarının xidmətlərinin dövlət tərəfindən daim qiymətləndirildiyini vurğulayan Ə.Mehdiyev deyib ki, müharibənin od-alovundan keçən həmin insanlar ləyaqətli vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir. Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.