Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanıldı - RƏSMİ

Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanıldı - RƏSMİ Sabirabadda Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb
Hadisə
7 Aprel , 2021 12:09
Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanıldı - RƏSMİ

Sabirabadda Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini Fatma Hüseynova Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

 Fatma Hüseynova
Fatma Hüseynova

Son xəbərlər

Orphus sistemi