İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olunub

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olunub Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən daha bir nəfər saxlanılıb
Hadisə
183
6 Mart , 2021 10:32
İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olunub

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

O, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi